19 İyul 2023 / 15:05

LİRƏNİN ENİŞİ İLƏ TÜRKİYƏDƏ ÖLKƏDAXİLİ AVİAREYSLƏR XEYLİ BAHALAŞDIRILDI…

Türkiyənin aviasiya qurumları milli valyutanın məzənnəsinin dəyişməsi ilə  daxili reyslər üçün biletlərə

yeni maksimum qiymət təyin edərək  təxminən bir yarım dəfə qaldırıblar, yəni bahalaşma nə az, nə çox düz 43% olub…

 Türkiyənini “Cümhuriyyət” qəzetinin yazdığına görə, hökumət ölkə daxilində birtərəfli aviadaşıma üçün yeni qiymət həddi təyin edib – 1650 lirə (61 dollar – təqribən 103 manat).

 Qeyd edilir ki, bu qərara vergilərin artması, eləcə də milli valyutanın dəyərdən düşməsi səbəb olub.

 

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!