Əsas məzmuna keç

LİTVA BUNA GÖRƏ MİNSKƏ ETİRAZ EDİB

Litva respublika rəsmilərinin Minskə pilotsuz təyyarə hücumu hazırlamaq planları ilə bağlı bəyanatlarına görə Belarusa etiraz edib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

“Belarus səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası verilib”, – Litva Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, Vilnüs Belarus tərəfinə qarşı heç bir düşmənçilik hərəkəti planlaşdırmayıb.

Belarus DTK-nın sədri İvan Tertel Litvanı Minskdəki müəssisələrə pilotsuz təyyarələrlə hücum etməkdə ittiham edib. Onun sözlərinə görə, Belarus xüsusi xidmət orqanları hücumun qarşısını ala bilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…