Əsas məzmuna keç

LİTVANIN BELARUSLA SƏRHƏDİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDIRILIB

Ötən gecə Litvanın Medininkay məntəqəsindəki anqarda yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 4 saata yaxın yanğını söndürüblər. Ölən və yaralananlar olmayıb.

Litva Sərhəd Departamenti bildirir ki, fövqəladə vəziyyət nəticəsində keçid məntəqəsində hər iki istiqamətdə hərəkət dayandırılıb. Məntəqənin normal fəaliyyətini bərpa etmək vaxtı açıqlanmayıb.

Tezadlar.az xəbər verir ki, Litva Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, keçiddə 700-ə yaxın avtomobil toplanıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…