Liftlərdə köməksiz vəziyyətdə qalan beş nəfər xilas edilib

Oxunma sayı: 353

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə iki halda paytaxtın Xətai rayonunun Cavanşir küçəsində, bir halda isə Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Tezadlar.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

RÖVŞANƏ

Xəbəri paylaş

22 İyun