Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda həlak olanların sayı 2000 nəfəri ötüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin hücumları nəticəsində 2 020 nəfər həlak olub və 6 436 nəfər yaralanıb”, – bəyanatda qeyd olunub.
Daha əvvəl bildirilmişdi ki, İsrail və “Hizbullah” arasında eskalasiyanın başlamasından bəri Livanda 1 888 nəfər həlak olub.
Aprelin 9-da Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkə hökuməti davam edən İsrail zərbələrinə görə BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayacaq.