1 May 2026 / 19:41

Livanda ölənlərin sayı 2618-ə çatdı

2 martdan bəri İsrailin Livana qarşı hücumları nəticəsində ölənlərin sayı 32 nəfər artaraq 2618-ə çatıb.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında ölən və yaralananların sayını paylaşıb.

Buna görə, İsrail hücumlarında ölənlərin sayı 2618-ə, yaralananların sayı isə 8094-ə çatıb.

Hücumlarda 16 xəstəxananın zərər gördüyü və ölənlərdən 103-nün səhiyyə işçisi olduğu bildirilib.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubundakı hücumları davam edir və “Hizbullah” cavab tədbirləri görməyə davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!