Bu səhər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Tezadlar.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğının səbəbi isə hələki məlum deyil.








