Əsas məzmuna keç

LUKAŞENKO BU BARƏDƏ FƏRMAN İMZALAYIB

Belarus prezidenti Aleksandr Lukaşenko qanun pozuntularına yol vermiş, lakin vətənlərinə qayıtmaq istəyən vətəndaşlarla iş üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə bazar ertəsi baş prokuror Andrey Şveddən hesabat alarkən bildirib.

“Ən vacib məsələlərdən biri. Bu gün mən sizin rəhbərlik etdiyiniz bir qrup mütəxəssis tərəfindən xaricdə yaşayan Belarus vətəndaşlarının hüquqpozmaların törədilməsi ilə bağlı müraciətlərinə baxılması haqqında sərəncam imzaladım”, – BELTA dövlət başçısının sözlərindən sitat gətirib.

Lukaşenkonun sözlərinə görə, baş prokurorun “həmin qaçaqlarla bu problemi həll etmək üçün” bütün dövlət aparatını, dövlət qulluqçularını cəlb etmək üçün kifayət qədər səlahiyyəti var.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…