Əsas məzmuna keç

Lukaşenko: “Putin məndən Belarus kartofu istədi, indi aparacağam”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinə kartof hədiyyə edəcək.

“Tezadlar” xəbər verir ki, Lukaşenkonun bu haqda danışdığı videoçarxı “Pul pervovo” teleqram kanalı yayımlayıb.

Belə ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti üçün Çinə gedəcəyini və həmkarlarına kiçik kisələrdə kartof aparacağını deyib:

“Mən üç 5 kiloqramlıq torbadan ibarət 10 kisə yığdım və sabah Çinə gedirəm. Hər prezident üçün yığdım – orada hər şey qeyd olunub. Putin mənə deyib: Belarus kartofundan mənə ver… İndi ona təzə kartof apararam”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…