8 Avqust 2025 / 15:43

Lukaşenko Rusiyanın Ukraynadakı məğlubiyyətini istisna edir

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Ukraynada məğlubiyyətə uğramayacaq.

“Rusiya məğlubiyyətə uğramayacaq. Məğlubiyyət hamımıza baha başa gələcək. İlk növbədə siz. O cümlədən xaricdəki insanlar”, – Tezadlar.az xəbər verir ki, o, “Birinci İnformasiya” telekanalında nümayiş olunan Amerikanın “Time” jurnalına müsahibəsində deyib.

O xatırladıb ki, Rusiya ən böyük nüvə silahı arsenalına malikdir. “Məğlubiyyət olmayacaq. Olmayacaq! Amma Ukrayna məğlubiyyətə uğraya bilər. Biz buna imkan verməməliyik. İndi razılaşaq”, – o, çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!