LÜKSEMBURQ XİN GÜRCÜSTANA QARŞI MƏHDUDİYYƏTLƏRİ SEÇKİLƏRƏ QARŞI SANKSİYALAR ADLANDIRIB

Oxunma sayı: 40

Lüksemburqun xarici işlər naziri Xavier Bettel Gürcüstanda keçirilən seçkiləri şəffaf hesab edir və “Gürcü arzusu” partiyasına qarşı sanksiyaların əleyhinədir, çünki bu, “seçkilərə qarşı sanksiyalar” olacaq.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

“Seçkilərə qarşı sanksiyalar tətbiq edəcəyimiz vəziyyətdən qorxuram. Biz əvvəlcə əmin olmalıyıq ki, orada qanun pozuntuları olubmu? Seçkilərdə yüzlərlə seçici iştirak edib. Seçkilərin nəticələrini bəyənməməyimiz o demək deyil ki, biz seçkilərdə qalib gələn partiyaya qarşı sanksiyalar tətbiq etməliyik”, – o deyib.

E.ŞİRİNOV

Xəbəri paylaş

22 Aprel