Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şuşada tikilən orta məktəb binası yeni tədris ilində istifadəyə veriləcək.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransdakı çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, məcburi köçkün məktəblərinin işğaldan azad edilmiş bölgələrə köçürülməsi ilə bağlı planlı işlər aparılır.
“ 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”, – deyə bildirib.
TEZADLAR.AZ