27 Noyabr 2025 / 12:58

M.Ə.Rəsulzadənin birinci xanımı Ümbülbanu Rəsulzadə kim idi?

M.Ə.Rəsulzadənin doğum günündə onunla ailə həyatı quran Azərbaycanın həmişə birinci xanımı olacaq Ümbülbanu xanım Rəsulzadə!
Bu bizik.?!.
Sabah Azərbaycanın birinci xanımı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanu Rəsulzadənin vəfat etdiyi gündür. Ümbülbanu xanım 1940-cı ilin 27 noyabrında vəfat edib. Bu gün həmin məsum gecədən düz 85 il ötür.
Ümbülbanu 1888-ci ilin 20 iyulunda Bakının Novxanı kəndində ziyalı bir ailədə anadan olmuşdu. İlk təhsilini Bakı Quberniya Qızlar Gimnaziyasında, ali təhsilini isə İstanbul Universitetində alan Übülbanu xanım burada ədəbiyyat və humanitar elmlərdən təhsil alır.
1908-ci ilin 31 yanvarında əmisi oğlu Məhəmməd Əmin Rəsulzadənin doğum günündə onunla ailə həyatı qurur. Onların bu evliliklərindən 4 övladı – qızları Lətifə, Xalidə, Rəsul və Azər adlı oğlanları dünyaya gəlir.
28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə Ümbülbanu xanım Rəsulzadə Cümhuriyyətin birinci xanımı titulunu alır. O, ictimai fəaliyyətdən geri qalmamağa, həmişə həyat yoldaşına dəstək olmağa çalışırdı. Qızların təhsil almasına xüsusi diqqət yetirirdi. Onların xaricdə dövlət hesabına təhsil almasına dəstək olurdu.
Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşayır. Buna baxmayaraq həmişə M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandıraraq onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşmışdılar. 1939-cu il …Ağır sürgün həyatı yaşayırdı. Bir yandan da oğlu Rəsulun ölümünü unuda bilmirdi. Bu şəraitə dözməyən Ümbülbanu xanımın ürəyi dözməyərək ağır sürgün partlayır. Və elə orada da dəfn edilir.
Ümbülbanu xanım iradəli, mübariz, mətin qadın idi. Aldığı tərbiyə və M.Ə.rəsulzadənin də həyat yoldaşı vaxtı aldığı mübarizlik 1937-ci ildə istintaq zamanı özünü göstərir. Onun bu mübarizliyi istintaqı aparan erməni zabitlərini belə, heyrətə gətirir. İstintaq materiallarından:
– Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?
– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.
– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?
– 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.
– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?
– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…
Ailə faciəsi, övladlarının başına gətirilənlər sadəcə dəhşətdir. Qandondurandır, danışmaq, xatırlamaq , göz önünə gətirmək belə ağırdır. Sizlər də bu faciələrlə tanışsız.
Bayq Həyat yoldaşından aldığı mübarizlikdən, siyasi həya təcrübəsindən danışdım. Bunun bariz nümunəsi kimi bu gün Tarix Muzeyində onun öz əli ilə tikdiyi üçrəngli bir bayraq var. Bəli, Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı, Ümbülbanu Rəsulzadənin öz əlləri ilə tikdiyi, müstəqil Azərbaycanın (1918) ilk bayrağı. Şəkildə bu bayağı görə bilərsiz.
Ümbülbanu xanım həm də Rəsulzadənin anasına son nəfəsinə qədər baxıb, yanında olub. Bu da onun ailəsinə olan necə sevgisi olduğunu göstərir. Ərinə sədaqətli olan Ümbülbanu xanım yaxınlarının bir -bir vəfat etməsini gözləri ilə görən qadındır. Bir neçə dəfə evlənmə təklifi almasına baxmayaraq Məhəmməd Əmin bəyə sadiq bir xanım kimi həyatın başa vurur.
Sözardı: M.Ə.Rəsulzadə ailəsinin yanına gətirilməsi üçün çox çalışıb. Rəsulzadənin 20-ci illərdə uzaq İstanbuldan Parisə, Ceyhun bəy Hacıbəyliyə yazdığı məktublardan– “Mən də ailəmi buraya gətirmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir”.
 Görəsən, bu sətirlərin arasından süzülən nisgildən, ağrıdan Ümbülbanu xanımın və uşaqlrının xəbərləri var idimi?! Ara-sıra atalarının göndərdiyi paltarları, çəkmələri geyəndə “İlk görəcəyim işlərdən biri ailəmi yanıma gətirməkdir” yazan Məhəmməd Əmin bəyin fikrinin daim onların yanında olduğunu hiss edirik.
İndi fikirləşin: Təqiblərdən azca da olsa qurtula bilmək üçün Ümbülbanu xanımın “daha bizə məktub yazma” xahişini oxuyanda Məhəmməd Əmin bəy hansı hissləri keçirmişdi.?!
Məni bu günə qədər həmişə düşündürən bir sual var: Niyə tale məhz bu ailəyə qarşı bu qədər amansız oldu?
Bilmirəm… Amma nədən baş verdiyini cavab tapıram. Rəsulzadə ailəsinin başına gətirməkdə bir məqsəd var idi: M.Ə.Rəsulzadəni Susdurmaq.!
Bacarmadılar! Bunu bütün sovet rejimi və Stalin bacarmadı!.
Baba Allahnəzərov,
tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!