Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bryanskın Sovetski Rayon Məhkəməsi yeni il ərəfəsində rus pasportunu yandıran bloger qızın ev dustaqlığının müddətini aprelin 5-dək uzadıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə Hoffmanın ev dustaqlığının müddətini aprelin 5-dək uzadıb”, – deyə məlumatda bildirilir.
Moskva sakini Yevgeniya Hoffman Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində (xuliqanlıq motivləri ilə qəsdən sağlamlığa orta ağır zərər vurma) və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 329-cu maddəsində (Rusiya Federasiyasının dövlət gerbinin təhqir edilməsi) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.
Yanvarın 1-də səhər saatlarında Bryanskda əyləncə klubunun yaxınlığında bloger rus pasportunu yandırıb. Hadisə lentə alınıb.
E.ŞİRİNOV