Əsas məzmuna keç

MƏHKƏMƏ “EKSMO” NƏŞRİYYATINI CƏRİMƏLƏDİ

Moskvanın Zelenoqradski məhkəməsi “Eksmo” nəşriyyatını qeyri-ənənəvi cinsi əlaqənin təbliği maddəsi ilə 900 min rubl cərimələyib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Eksmo Nəşriyyat Evi” MMC Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin 1-ci hissəsi (qeyri-ənənəvi cinsi münasibətlərin və üstünlüklərin təbliği) üzrə inzibati xəta törətməkdə təqsirli bilinib. O, 900 min rubl cərimə cəzasına məhkum edilib”, – məhkəmədən bildiriblər.

Məhkəmədə nəşriyyata qarşı protokolun tərtib edilməsinin səbəbi göstərilməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…