16 Oktyabr 2024 / 11:38

MƏNZİLƏ GİRƏN İLAN XİLASEDİCİLƏRDƏN QAÇIB

Moskva sakini yaşadığı mənzilin tualetində ilan aşkarlayıb.

Tezadlar.az-ın məlumatına görə, 360.ru fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər gəlib.

Hadisə Krasnoarmeyskaya küçəsində yerləşən yaşayış binalarından birində baş verib. İlanın aqressiv olduğu aydınlaşdırılır. Hazırda ilan sürünərək mənzildə yoxa çıxıb, xilasedicilər axtarışları davam etdirirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!