MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
TEZADLAR.AZ AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində saxlanılıb.
Bu qərar aparılan makroiqtisadi təhlillər, yenilənən proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il sentyabr ayının 20-də açıqlanacaq.