Əsas məzmuna keç

MACARISTAN QƏRBİ UKRAYNADAKI UĞURSUZLUĞU ETİRAF ETMƏYƏ ÇAĞIRIB

Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Peter Siyarto hesab edir ki, Qərb ölkələri Ukrayna münaqişəsində öz strategiyalarının uğursuzluğunu etiraf etməlidirlər.

O hesab edir ki, Avropada vəziyyət kritikdir və “dünya müharibəsi təhlükəsi getdikcə kəskinləşir”.

“Qərbi Avropa liderləri etiraf etməlidirlər ki, onların Ukraynada müharibə strategiyası iflasa uğrayıb və silah tədarükünə yox, sülhün bərqərar olmasına öz səylərinin yarısını belə sərf etsəydilər, atəşkəsə çoxdan nail olardılar”, – XİN rəhbəri yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…