Əsas məzmuna keç

MACARISTAN UKRAYNAYA ATƏŞKƏS TƏKLİF EDİB

Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib.

“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik”, – deyə Orban bildirib.

Onun sözlərinə görə, baş nazir həmçinin bildirib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…