Əsas məzmuna keç

MACARISTAN XİN UKRAYNANIN RUSİYAYA UZAQMƏNZİLLİ SİLAHLARLA ENDİRDİYİ ZƏRBƏLƏRƏ QARŞI ÇIXIB

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyaya uzaqmənzilli silahlarla zərbələr endirməsinə və münaqişənin daha da genişlənməsinə qarşı çıxış edib.

“Biz bunu istəmirik”, – deyə Macarıstanın baş nazirinin ofisində Beynəlxalq Kommunikasiyalar və Əlaqələr üzrə Dövlət Katibi Zoltan Kovacs onun sözlərindən sitat gətirir. Xarici işlər naziri mümkün qədər tez “bu çılğınlığa” son qoymağa və Ukraynaya yeni silah tədarükündən imtina etməyə çağırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…