Macarıstan Konstitusiyasına ölkə parlamentinin təsdiq etdiyi dəyişikliklərə əsasən, “şəxs ya kişidir, ya da qadındır”.
“Macarıstan nikah institutunu kişi ilə qadının könüllü birliyi, ailəni isə millətin varlığının əsası kimi müdafiə edir. Ailə nikah və valideyn-övlad münasibətlərinə əsaslanır. İnsan ya kişidir, ya qadındır. “Ata kişidir, ana qadındır”.
Tezadlar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Macarıstan konstitusiyasının nikah və ailə ilə bağlı maddəsindən gətirdiyi sitatda bildirilir.
Bildirilir ki, müvafiq düzəlişləri 140 deputat dəstəkləyib. Onların əleyhinə 21 deputat çıxış edib. Beləliklə, konstitusiyanın dəyişdirilməsi üçün lazım olan üçdə iki səs çoxluğu əldə edildi. Digərləri arasında müvafiq dəyişiklikləri Macarıstanın Baş naziri Viktor Orban və onun Fidesz partiyası dəstəkləyib.
Dpa-nın xəbərinə görə, düzəlişlərə səsvermə zamanı çoxsaylı müxalifət tərəfdarları Macarıstan parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya daha əvvəl Momentum adlı kiçik bir partiya tərəfindən çağırılmışdı.
JASMİN