“Macarlar niyə Ukrayna üçün ölməlidir??.”- Orban Zelenskinin müsahibəsinə sərt reaksiya verdi

Macarıstanın baş naziri Viktor Orban Vladimir Zelenskinin Macarıstan mediasına verdiyi müsahibədə xüsusilə Budapeşti Ukraynanın daxili işlərinə qarışmaqda ittiham etməsinə sərt reaksiya verib. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki,  Orbanın özünün Facebook səhifəsində bu barədə sərt münasibətini sərgiləyib.  Macarıstanın baş nazirinin sözlərinə görə, Zelenski “macarlar Ukrayna üçün ölmək istəmədikləri üçün bizə hücum etdi” deyib bu isə bizi ələ salmaqdır.  Sitat: “biz uşaqlarımızın cəbhədən tabutda qayıtmasını, Macarıstan pullarının Ukraynaya getməsini istəmirik!”.
Xatırladaq ki, Macarıstanın “Válasz Online” portalına müsahibəsində Zelenski bildirib ki, Macarıstanın baş naziri Viktor Orban parlament seçkiləri öncəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi mövzusundan öz xeyrinə istifadə edib. Dövlət başçısı həmçinin bildirib ki, Macarıstan hakimiyyəti “onlarla dəfə müxtəlif üsullarla” Ukraynanın işlərinə müdaxilə etməyə cəhd edib, lakin bu işlərin əksəriyyəti açıq şəkildə həllini tapıb.

Xəbəri paylaş