Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, ABŞ Ədliyyə departamenti Nikolas Maduro, onun ailəsi və Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını açıqlayıb. Tezadlar.az Reuters-ı istinadka xəbər verir ki, ittiham aktı nazirliyin saytında yerləşdirilib.
Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər Naziri Diosdado Kabeleo, keçmiş ədliyyə Naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.
Təbii ki, onları Trampın ürəyindən olacaq cəza gözləyir. Çünki Maduro Trampın sözünü yerə saldı, onu eşitmədi…
A.Məmmədli