Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Aprel 2026 / 18:05

“Mağaza bağlanır”da yalana bağlı endirimlər-İNANILMAZ KƏLƏK

…Müştəri-istehlakçıları aldatmanın hər gün bir yolunu fikirləşənlər yetərincədir. Bəzən isə mala 70 faiz endirim yazıb müştərini cəlb edirlər, amma təmasda bəlli olur ki, guya bu malı maya dəyərindən də aşağı qiymətə satırlar. Axı bu ticari qanun-qaydalara zidd məsələdir. Hansı satıcı “aldım qoz, satdım qoz!” fəlsəfəsi ilə çalışar? Heç biri. Bəs bu fırıldaqçı mexanizmlərə nəyə hesablanıb?

Neçə gün əvvəl isə Bakıda məşhur firma mağazalardan biri sosial şəbəkələrdə belə bir reklamlı elan paylaşmışdı: “Mağaza bağlanır, 80%-dək endirim”. Lakin elanların altında yazılan şərhlərdən məlum olur ki, həmin mağaza eyni küçədə illərdir fəaliyyət göstərir və 10 ilə yaxındır ki, bu cür “mağaza bağlanır” kimi yalançı elan paylaşır, amma bu mağazanın bağlanmazı qurtarmır ki, alıcıların da canı qurtarsın. Bu kələk gəlmədir! Başqa adı yoxdur.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu tamamilə qanunsuzluqdur, aldatmadır: “…“Mağaza bağlanır” məsələsi məsuliyyətsizlik və qanun pozuntusudur. Halbuki Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür yalançılığa qarşı tədbirlər görməlidir. İstehlakçılar belə məsələlərdə aldadılmamalıdır. İstehlakçıları aldatmaq üçün çoxlu üsullar mövcuddur və bu da onlardan biridir ki, yalandan “mağaza bağlanır” yazıb insanları açıq şəkildə aldadırlar. Bu, qiymətdə aldatmadan daha betərdir, burada etibar və inamın, güvənin itirilməsindən söhbət gedir…”.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!