Əsas məzmuna keç

MAGİSTRAL YOLDA AVTOBUS YANIB

Novokuznetskdə yanğın bir neçə dəqiqəyə avtobusu sıradan çıxarıb. Avtobus hərəkət edərkən alovlanıb.

Alov maşının salonunu elə sürətlə bürüyüb ki, sürücü yanğınsöndürən almağa belə vaxt tapmayıb və partlayış baş verə biləcəyi üçün təhlükəsiz məsafəyə keçib.

Avtobusda sərnişin olmayıb. Yanğınsöndürənlər sürətlə hadisə yerinə gəliblər. Bununla belə, əslində xilas edəcək heç nə qalmamışdı. Avtobus yanmış metal yığınına çevrilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…