Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyul 2024 / 07:35

MAHMUD ABBAS RUSİYAYA SƏFƏR EDƏCƏK

Fələstin lideri Mahmud Abbasın Moskvaya səfəri avqustun 12-14-nə planlaşdırılıb. Bu tarixlərdə o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik mənbə bildirib.

Bir qədər əvvəl Fələstin liderinin ofisi agentliyə Abbasın avqustun 18-də Rusiyaya səfər edəcəyini bildirib. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, artıq dəqiq tarixlər razılaşdırılıb.

“O, avqustun 12-də gələcək. Putinlə danışıqlar avqustun 13-nə planlaşdırılır. O, ayın 14-də yola düşəcək”, – mənbə bildirib.

Bundan əvvəl Donald Trampın ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsinin ertəsi Vladimir Zelenski ilə telefonla danışacağı məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!