Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 May 2025 / 10:12

Makron Putinin Ukrayna ilə birbaşa danışıqlar təklifini belə dəyərləndirib

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara başlamaq təklifini şərh edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini AFP sitat gətirib.

Makron Rusiya və Ukrayna arasında danışıqları münaqişənin həlli üçün ilk, lakin qeyri-kafi addım adlandırıb. Fransa liderinin sözlərinə görə, Putin guya çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.

“Qeyd-şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmamalıdır”, – Fransa lideri deyib.

Bundan əvvəl Putin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif etmişdi. O vurğulayıb ki, söhbət ilkin şərtsiz dialoqdan gedir. Rusiya lideri əlavə edib ki, tərəflər danışıqların “daha ​​əvvəl aparıldığı və kəsildiyi” İstanbulda görüşə bilərlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!