Əsas məzmuna keç

Makron: Rusiya ilə Ukrayna arasında birbaşa dialoq və 30 günlük atəşkəs lazımdır

Fransa prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı bildirib ki, Rusiya ilə Ukrayna arasında birbaşa dialoqa başlamaq lazımdır.

Tezadlar.az bildirir ki, bu barədə TF1-də məlumat verilib.

O, həmçinin bildirib ki, 30 günlük atəşkəslə bağlı razılığa gəlmək lazımdır. Bundan başqa, Makron əlavə edib ki, buna əməl olunmazsa, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.

Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer “sülh, suverenlik və respublikanın gələcəyini müzakirə etmək” üçün Ukraynaya gəliblər.

Bu barədə müvafiq nəşr Makronun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Onun sözlərinə görə, sülh qeyd-şərtsiz atəşkəslə başlamalıdır. “Moskva buna razı olmasa, Aİ ABŞ-la birgə təzyiqləri artıracaq”, – Makron qeyd edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…