Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 May 2025 / 17:11

Makron Rusiyanın atəşkəslə razılaşacağını gözləyir

Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Donald Tramp telefonla Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.

Tezadlar.az bildirir ki, Fransa lideri bu barədə sosial şəbəkədə məlumat verib.

Makron Trampın 30 günlük atəşkəs çağırışını alqışlayıb. O, “bəhanə və vaxt itirən manevrlər olmadan” atəşkəs istiqamətində işləməyin vacibliyini vurğulayıb.

Makron Ukraynanın artıq bu atəşkəsə razılaşdığını və Rusiyadan da oxşar addım gözlədiyini bildirib.

“İndi mən Rusiyanın da bunu edəcəyini gözləyirəm. Əks halda, biz bütün avropalılarla birlikdə və ABŞ-la sıx koordinasiyada qətiyyətlə cavab verməyə hazır olacağıq”, – Makron bildirib.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı “ciddi danışıqlar” həftəsonundan dərhal sonra başlaya bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!