Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Qəzzada sülh planını dəstəkləyib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama yayıb.
“Prezident Trampın Qəzzada müharibəni dayandırmaq və bütün girovları azad etmək öhdəliyini alqışlayıram”, – o yazıb.
O, həmçinin İsrailin sülh planının şərtlərini yerinə yetirəcəyinə və Fələstinin HƏMAS hərəkatının bütün girovları azad etməkdən başqa “seçiminin” qalmayacağına ümid etdiyini bildirib. Makron vurğulayıb ki, Paris münaqişənin həllinə töhfə verməyə və hər iki tərəfin plana əməl etməsini təmin etməyə hazırdır.
Bundan əvvəl Makron Trampın Ukraynanın öz ərazilərini geri qaytarmaq şansları ilə bağlı fikirlərini yüksək qiymətləndirib.
“Amerika prezidentinin Ukraynanın nəinki dayanmaq, həm də hüquqlarına hörmətə nail olmaq qabiliyyətinə inandığını görməkdən şadam”, – Fransa lideri bildirib.
E.ŞİRİNOV