Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələri arasında Parisdə keçirilən danışıqları “pozitiv və konstruktiv” adlandırıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
Makron qeyd edib ki, danışıqlar təkcə Ukraynada atəşkəsə deyil, həm də tam və davamlı sülhə nail olmaq yollarından gedir.
“Bu gün müsbət və konstruktiv müzakirələrimiz oldu”, – o əlavə edib.
Fransa prezidentinin sözlərinə görə, o, Vladimir Zelenski ilə nümayəndə heyətlərinin danışıqlarından əvvəl və sonra danışıb. O, qeyd edib ki, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan başqa, Amerika nümayəndə heyətinin tərkibində Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da var.
Makron Ukrayna ilə bağlı danışıqların gələn həftə Londonda davam etdiriləcəyini də təsdiqləyib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələrinin yeni görüşünün Parisdəki kimi “eyni formatda” baş tutacağı gözlənilir.
E.ŞİRİNOV