Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla görüşüb və maraqlı müzakirə və razılaşmaları olub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə məlumat verib. Sitat: “Zelenski hazırda Fransa prezidenti Emmanuel Makronla görüş keçirir”.
Məlumdur ki, bu gün martın 6-da Brüsseldə Avropa İttifaqı ölkələri liderlərinin xüsusi sammiti keçirilir. Bu arada ABŞ-la Ukrayna liderləri barışdı, amma Rusiyada bu barışıqdan gözü su içməyənlərin sayı artmaqdadır…
A.Məmmədli