30 Avqust 2024 / 13:58

MALLARIN BƏYAN EDİLMƏDƏN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları  müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən,  6 adda 134 ədəd dərman vasitələri, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 1800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram  qızıl-zinət əşyaları  aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!