Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Donetsk vilayətinin Mariupol şəhərində rus silahlıları insanları mənzillərindən qovaraq evləri sökməyə davam edir.
Bu barədə şəhər merinin müşaviri Petr Andryuşenko Telegram-da məlumat verib.
“İşğalçılar Mariupol sakinlərinin həyatını məhv etməyə davam edəcəklər. Boqdan Xmelnitski küçəsində 18 nömrəli evdən başlayaraq xəbərdarlıq edilmədən küçə boyu evlərin sökülməsinə başlanılıb. Həmin evlərdə insanlar yaşayırdı. Hərbçilərlə birlikdə insanlar sadəcə olaraq küçəyə qovuldu və söküntü başladı. Budur, Rusiya. Hətta “referendum” tamaşası zamanı da dağıdıcılığı davam etdirməkdən və çoxdan əziyyət çəkən mariupolluların kədərini artırmaqdan çəkinmirlər”, – Andryuşenko bildirib.
E.ŞİRİNOV