Əsas məzmuna keç

MARİUPOLDAN VƏTƏNDAŞLARIN TƏXLİYƏSİ ÜZRƏ ÜÇÜNCÜ ƏMƏLİYYAT BAŞLANILIB

Mariupoldan mülki əhalinin təxliyəsi üzrə BMT-nin himayəsi altında üçüncü əməliyyat başlayıb.

Bu barədə BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

“Mülki əhalinin təxliyəsi üzrə üçüncü əməliyyat bu gün səhər saatlarında başlayıb”, – deyə o bildirib.

M.Qriffits həmçinin Rusiya və Ukrayna hakimiyyətinə “təxliyə əməliyyatının reallaşması üçün konstruktiv və mühüm əməkdaşlığa” görə təşəkkür edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…