Əsas məzmuna keç

MARİUPOLUN “AZOVSTAL” ƏRAZİSİNDƏN BÜTÜN QADINLAR, UŞAQLAR VƏ QOCALAR TƏXLİYƏ EDİLİB

Ukraynanın Mariupol şəhərinin “Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, humanitar əməliyyatın bir hissəsi artıq başa çatıb.

“Prezidentin tapşırığı yerinə yetirildi. “Azovstal”da olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, – deyə Vereşçuk əlavə edib.

Qeyd edək ki, Ukrayna hərbçiləri “Azovstal” zavodunun ərazisində qalır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…