MARKETDƏ QAZ PÜSKÜRMƏSİ NƏTİCƏSİNDƏ 40-DAN ÇOX İNSAN XƏSARƏT ALIB

Oxunma sayı: 112

Almaniyanın Valdheim şəhərindəki Kaufland supermarketində naməlum şəxslərin havaya qaz püskürtməsi nəticəsində 41 nəfər xəsarət alıb.

Tezadlar.az bildirir ki, bu barədə “Bild” xəbər verir.

“Hazırda 41 xəsarət alan məlumdur, onlardan 15-i xəstəxanaya yerləşdirilib”, – nəşr yazır.

Bildirilir ki, qaz şöbələrdən birində çilənib, bundan sonra ziyarətçilər ürək bulanması və digər zəhərlənmə əlamətlərindən şikayət etməyə başlayıblar.

Müştərilər təxliyə edilib və mağaza müvəqqəti bağlanıb. Hazırda polis hadisə yerində işləyir, hadisənin bütün şəraitini müəyyənləşdirir.

E.ŞİRİNOV

Xəbəri paylaş

17 İyun