18 Mart 2026 / 20:55

Marneulidə Novruz və Ramazan bayramı tədbirləri ləğv olundu- SƏBƏB

Marneulidə “Novruz Bayramı” və “Ramazan Bayramı” ilə əlaqədar nəzərdə tutulmuş bütün tədbirlər ləğv olunub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki bu barədə Marneuli Meriyası məlumat yayıb. Məlumatda deyilir: “Marneuli Özünüidarəetməsi, Bütün Gürcüstanın Katolikos-Patriarxı, Pak və Müqəddəs II İlyanın vəfatı ilə bağlı dərin hüznünü ifadə edir və bildirir ki, “Novruz Bayramı” və “Ramazan Bayramı” ilə əlaqədar nəzərdə tutulmuş bütün tədbirlər ləğv olunub”. Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İlia ötən gün müalicə olunduğuğu Qafqaz Tibb Mərkəzində 93 yaşında vəfat edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!