Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Avqust 2024 / 10:40

MASALLIDA 10 KİLOQRAM MARİXUANA AŞKARLANDI

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Rəşad Nəcəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

 R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!