Maskdan narazılar “Tesla”nın avtosalonuna silahlı hücum edib

Oxunma sayı: 109

Bir neçə gün öncə Oreqon ştatının Salem şəhərində naməlum şəxslər “Tesla” avtosalonuna silahlı hücum ediblər.

Onlar avtosalonun  pəncərələrini, eyni zamanda bir neçə avtomobili də zədələyiblər. Hücumçular sındırmadıqları pəncərələrdən birinə “İlonu öldürün” yazılmış qeyd yapışdırıblar.

Hazırda polis insidenti araşdırır. Yerli hakimiyyət orqanları hücumun İlon Maskın sosial şəbəkələrdəki açıqlamaları ilə əlaqəli ola biləcəyini istisna etmir (trend).

Qeyd edək ki, Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında da ciddi azalma baş verib.

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.

JASMİN

Xəbəri paylaş

21 Aprel