Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Dekabr 2024 / 10:04

MAŞTAĞADA AĞACƏKMƏ AKSİYASI

Beynəlxalq Miqrant Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri davam edir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!