Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Tezadlar.az xəbər verir ki, məhkəmədə Rəşid Babayevin 9 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edilib.
Xatırladaq ki, prosesdə araşdırılan hadisə 2024-cü ilin mayında Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.