13 Sentyabr 2024 / 09:07

MDB GÖMRÜK XİDMƏTLƏRİ RƏHBƏRLƏRİ ŞURASI HÜQUQ MÜHAFİZƏ BÖLMƏLƏRİ BAŞÇILARI KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

Rusiya Federasiyasının Kazan şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 24-cü iclası keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi iclasda iqtisadi sahədə hüquqpozmalarla mübarizə, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi mövzularında müzakirələr aparılıb.

Həmçinin, təşkilatın işçi qruplarının fəaliyyətləri və İş Planları müzakirə edilib.

Ümumilikdə iclasın gündəliyinə çıxarılmış 14 qərar layihəsi müzakirə edilərək imzalanıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!