5 Dekabr 2025 / 11:17

Mədəniyyət abidələrini qəsdən və ehtiyatsızlıqdan məhv edənə 2 ilədək həbs!

Nəhayət, qanunda maraqlı dəyişiklik baş verməkdədir ki, mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs ediləcək.  Tezadlar.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

***

Hazırda Bakıda mənəniyyət nümunələri, milli sərvət siyahısına daxil edilən tarixi binalar dağıdılır, yerində göydələn və s. tikirlər. Bu hesabla, onda Bakıda demək olar bütün icra başçıları və onların bu tip əmrlərini icra edənlər, MTK rəhbərləri, ekskovatorçular… həbs olunacaq!

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!