Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin onun iştirakı ilə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə danışıqları poza biləcəyindən ehtiyat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məqalədə bildirilir ki, Zelenskinin Tramp və Putin arasında danışıqlarda iştirakı Almaniya kansleri Fridrix Merz tərəfindən Amerika lideri ilə Avropa dövlət başçıları arasında keçirilən videokonfrans zamanı müzakirə edilib. Lakin Trampla söhbətdən sonra avropalılar bu tələbdən imtina ediblər, – nəşrin mənbəsi aydınlıq gətirib.
“Tramp Zelenskinin danışıqların əvvəlində iştirakının prosesi poza biləcəyindən narahatlığını ifadə edib”, – o qeyd edib.
Dəqiqləşdirilir ki, Trampın etirazından əvvəl Avropa ölkələrinin liderləri Alyaskada keçirilən görüş çərçivəsində “birbaşa təmsilçilik” ideyasını təbliğ etməyə çalışıblar. Zelenskinin iştirakı ilə yanaşı, Putinlə danışıqlara NATO-nun baş katibi Mark Rutte və ya digər Avropa liderinin də cəlb edilməsi təklif edilib.
Avqustun 13-də Tramp, Zelenski və Avropa ölkələri liderlərinin, o cümlədən Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin iştirakı ilə videokonfrans keçirilib. İştirakçılar avqustun 15-də Putin və Trampın Alyaskada gözlənilən görüşünü müzakirə ediblər. Xüsusilə avropalılar ABŞ prezidentindən Ukrayna lideri ilə görüşdə Rusiya və Avropanın maraqlarını nəzərə almağı xahiş ediblər.
E.ŞİRİNOV