Medvedev İsrail və İrana nüvə proqramlarından əl çəkməyi təklif edib

İsrail və İran birlikdə nüvə proqramlarından əl çəkməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “VKontakte” səhifəsində bildirib.

“İranın nüvə silahı varmı? Biz bilmirik, amma İsrailin gizli nüvə proqramı olduğunu bilirik. Yaxşı, qoy BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında belə proqramlardan əl çəksinlər”, – nəşr yazır.

Eyni zamanda, siyasətçi qeyd edir ki, Tehran nüvə proqramını yaşamaq məsələsi kimi qəbul edir və heç bir halda ondan əl çəkməyəcək.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul