Əsas məzmuna keç

MEDVEDEV RUS ORDUSUNU QƏHRƏMAN VƏ MÜASİR ADLANDIRIB

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, bəzi çətinliklərə baxmayaraq, Rusiya ordusu müasir və qəhrəmandır.

Tezadlar.az xəbər verir ki, o, Telegram kanalında XHƏ-ın tərəqqisi və Rusiya Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı sualı cavablandıran bir video yerləşdirib.

“Ordumuz müasir və qəhrəmandır, baxmayaraq ki, ordumuzun, əlbəttə ki, hər bir ordu kimi, müəyyən problemləri var”, – Dmitri Medvedev Qərb analitiklərinin bu məsələ ilə bağlı fikirlərini şərh edərkən deyib.

O, həmçinin əmindir ki, Kiyevə Qərb silahları verilmədən Ukraynada gedən döyüşlər çox tez başa çatacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…