Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 18:39

Məhbusları aparan avtomobil aşıb

Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtomobil naməlum səbəbdən aşıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, avtomobildə sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub.

Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.

Hadisənin səbəbi araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!