30 Dekabr 2025 / 11:12

Məhkəmə qətlə yetirilmiş iki uşağın anasını həbs etdi

Dindirmə zamanı qadın günahını etiraf edib

İrkutsk vilayətində məhkəmə iki uşağı öldürməkdə ittiham olunan qadını həbs edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat verib.

İrkutsk sakini 28 fevral 2026-cı ilə qədər iki ay müddətinə həbs edilib.

Regional İstintaq Komitəsinin nümayəndələrinə istinadən verilən məlumata görə, qadın dindirmə zamanı əməllərindən peşman olub və günahını etiraf edib.

Üç və beş yaşlı oğlan uşaqlarının cəsədləri 28 dekabr axşamı Bauman küçəsindəki mənzildə tapılıb. Qətl və səhlənkarlıq maddələri ilə cinayət işləri açılıb. İstintaq cinayətlərin qarşısının alınması sisteminin işinin qiymətləndirilməsini də əhatə edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!