Ötən gün ABŞ federal məhkəməsi USAID-in ləğvi ilə bağlı qərarı bloklayıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, məhkəmə zamanı hakim qeyd edib ki, USAID-in bağlanması ilə bağlı hərəkətlər ABŞ Konstitusiyasını pozur. Hakimin fikrincə, Hökumətin Səmərəliliyi Departamenti USAİD müqavilələrini və ya qrantlarını ləğv edə, işdən çıxara və ya işçiləri məzuniyyətə göndərə bilməz. Amerika mətbuatının yazdığına görə, Ağ Ev hakimi bu qərarına görə tənqid edib. Ağ Evin mətbuat katibi Anna Kelli deyib ki, bəzi hakimlər Amerika xalqının prezidenti Trampın öz gündəminə əməl etməsinə mane olmaq iradəsini pozurlar. Kelli əlavə edib ki, Tramp administrasiyası apellyasiya şikayəti ilə müraciət etməyi planlaşdırır. Ağ Evdə isə məyyusluq var.
A.Məmmədli